- 12:17 Ombudsman iki azyaşlı ilə bağlı Baş prokurora müraciət etdi
- 11:28 "WhatsApp"da pullu funksiya işə düşəcək
- 16:11 Davudoğluna ilk istefa şoku – Təcili
- 16:46 Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
- 10:09 Türkiyə gərginliyi dərinləşir: “Təcili olaraq…”
- 11:18 Bu gün Milli Məclis barədə qərar veriləcək
- 12:16 İclas başladı - Baş nazir parlamentdə
- 11:55 İranın konsulluğu yandırıldı
- 12:08 Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI
- 10:00 Avropada güclü zəlzələ: yüzlərlə yaralı - Yeni
- 11:12 Zəhərlənən tələbələrdən son xəbər - Səhiyyə Nazirliyi
- 13:52 Tanınmış general vəfat etdi

Bakı metrosunun iki stansiyasının adı dəyişdiriləcək
Tarix: 12/11/2019
"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.
Bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib.
"Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik.
Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir.
Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.
Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib:
"Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir.
Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub.
Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər