- 13:07 Əli Əsədov nazirə və Mərkəzi Banka tapşırıq verdi
- 14:35 Nazir müavini direktorlara xəbərdarlıq etdi
- 12:17 Ombudsman iki azyaşlı ilə bağlı Baş prokurora müraciət etdi
- 11:28 "WhatsApp"da pullu funksiya işə düşəcək
- 16:11 Davudoğluna ilk istefa şoku – Təcili
- 16:46 Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
- 10:09 Türkiyə gərginliyi dərinləşir: “Təcili olaraq…”
- 11:18 Bu gün Milli Məclis barədə qərar veriləcək
- 12:16 İclas başladı - Baş nazir parlamentdə
- 11:55 İranın konsulluğu yandırıldı
- 12:08 Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI
- 10:00 Avropada güclü zəlzələ: yüzlərlə yaralı - Yeni

İntensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Tarix: 30/10/2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən anomal isti hava şəraitindən sonra oktyabrın 31-dən noyabrın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Oktyabrın 31-i və noyabrın 2-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 31-i səhərdən şimal və qərb rayonlarından başlayaraq noyabrın 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən, şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər