DataLife Engine > Çap üçün versiya > İran uranın zənginləşdirilməsinə başladı
DataLife Engine Azerbaijan Support > İqtisadiyyat > İran uranın zənginləşdirilməsinə başladı

İran uranın zənginləşdirilməsinə başladı


6-11-2019, 14:58. Yerləşdirdi: admin
İran Qum şəhəri yaxınlığındakı “Fordo” nüvə obyektində sentrifuqlara qaz verilməsinə başlayıb.
Bu, Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir. Proses Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin iştirakı ilə başlayıb.
Bundan əvvəl İran Prezidenti Həsən Ruhani İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin ixtisarının dördüncü mərhələsinin noyabrın 6-da başlayacağını bildirmişdi. Onun sözlərinə görə, Tehran AEBA-nın nəzarəti altında “Fordo”dakı obyektdə sentrifuqlardan istifadə etməyə başlayacaq.
İran noyabrın 5-də AEBA-ya “Fordo” müəssisəsində sentrifuqların qazla doldurulmasına noyabrın 6-dan başlanılacağına dair məktub yollayıb.
İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, noyabrın 6-dan etibarən İran “Fordo”dakı obyektdə uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq.

Geri