DataLife Engine > Çap üçün versiya > Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə
DataLife Engine Azerbaijan Support > Manşet > Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə

Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə


6-11-2019, 10:42. Yerləşdirdi: admin
Səudiyyə Ərəbistanı İraqın mərhum dövlət başçısı Səddam Hüseynin qızı Rəqad Səddam beynəlxalq konfransda iştirak etməsi üçün Ər-Riyada dəvət olunub.
Bu barədə İordaniya mediası məlumat yayıb.
Konfransdan əvvəl Səudiyyə Ərəbistanının Omandakı səfiri Xalid bin Fəysal əl-Səud İraqda baş verən son gəlişmələr üçün Rəqad Səddamla görüşüb.
Görüşdə mərhum dövlət başçısının qızı gələn ay Ər-Riyadda İraqda baş verən siyasi proseslərlə bağlı keçiriləcək beynəlxalq konfransa dəvət edilib.
İraqda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyalarının genişləndiyi vaxt Səddam Hüseynin ailə üzvlərinin fəallaşması birmənalı qarşılanmır.

Geri