DataLife Engine > Çap üçün versiya > 2020-ci il Olimpiadasının yeri dəyişdirildi
DataLife Engine Azerbaijan Support > İdman > 2020-ci il Olimpiadasının yeri dəyişdirildi

2020-ci il Olimpiadasının yeri dəyişdirildi


5-11-2019, 16:34. Yerləşdirdi: admin
2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviç məlunat verib. Onun sözlərinə görə, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.
Bununla belə, tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq, hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.

Geri