DataLife Engine > Çap üçün versiya > ABŞ-dan sonra Rusiya da Suriyadan çıxır? – Sensasion gəlişmə
DataLife Engine Azerbaijan Support > Manşet > ABŞ-dan sonra Rusiya da Suriyadan çıxır? – Sensasion gəlişmə

ABŞ-dan sonra Rusiya da Suriyadan çıxır? – Sensasion gəlişmə


4-11-2019, 16:46. Yerləşdirdi: admin
Rusiya Suriyada yerləşdirdiyi “S-300” və “S-400” hava hücumundan müdafiə sistemlərini bağlayıb.
Bu barədə İsrail KİV məlumat yayıb.
Rəsmi Moskva hələlik mediada yayılan məlumatlara açıqlama verməyib.
İsraildə fəaliyyət göstərən Debka saytı Rusiyanın Xmeymim hərbi hava bazasındakı aktiv “S-400”-ləri səssizcə bağladığını bildirib.
Məlumatda Rusiyanın bu addımın bir sıra səbəblərinin olduğu bildirilib.
Mənbə bağlama qərarının maliyyə səbəbləri ilə izah etsə də, sözügedən sistemlərin Suriyadan çıxarılmasına hazırlıq məqsədi daşıdığı da istisna edilməyib. Lakin Rusiyanın bu addımının sistemləri daha baha qiymətə satmaq niyyətindən irəli gəldiyinə də diqqət çəkilib.
İddiaya görə, Rusiya passiv fazaya keçirdiyi “S-400”-lərə yeni müşatəri tapdığı üçün bu addımı atıb.

Geri