DataLife Engine > Çap üçün versiya > Kərbəlada İran konsulluğuna hücum: 5 ölü, 20 yaralı
DataLife Engine Azerbaijan Support > Manşet > Kərbəlada İran konsulluğuna hücum: 5 ölü, 20 yaralı

Kərbəlada İran konsulluğuna hücum: 5 ölü, 20 yaralı


4-11-2019, 15:05. Yerləşdirdi: admin
Xəbər verdiyimiz kimi, İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib.

TASS-ın verdiyi xəbərə görə, diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si güc strukturlarının əməkdaşlarıdır.

Məlumata görə, nümayişçilər İran bayrağını İraqın dövlət bayrağı ilə əvəzləyiblər.

* * *11:02

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.
Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.
Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.
Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.

Geri