DataLife Engine > Çap üçün versiya > Azərbaycanda polis idarəsinin yaxınlığında dəhşətli qətl - Ər arvadını boğdu
DataLife Engine Azerbaijan Support > Üst manşet, Kriminal > Azərbaycanda polis idarəsinin yaxınlığında dəhşətli qətl - Ər arvadını boğdu

Azərbaycanda polis idarəsinin yaxınlığında dəhşətli qətl - Ər arvadını boğdu


11-01-2019, 17:07. Yerləşdirdi: admin

Bu gün səhər saatlarında Sumqayıt şəhərində qətl törədilib.
Sumqayıt şəhər Polis İdarəsinin yaxınlığında yerləşən Birləşmiş məhəlləsində yerləşən mənzildə orada yaşayan 1991-ci il təvəllüdlü Axundova Leyla Kamandar qızının yataqda meyiti tapılıb.
Bəlli olub ki, 28 yaşlı qadın həyat yoldaşı tərəfindən boğularaq öldürülüb.
L.Axundovanın meyiti morqa ekspertizadan keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Geri