DataLife Engine > Çap üçün versiya > Nəbi Ramazanlı rektorun “hədəfində”
DataLife Engine Azerbaijan Support > Manşet > Nəbi Ramazanlı rektorun “hədəfində”

Nəbi Ramazanlı rektorun “hədəfində”


10-01-2019, 12:30. Yerləşdirdi: admin
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.
Bundan sonra təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. Təhsil nazirinin müavini Firudin Qurbanov elə həmin gündən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb. O, dekabrın 22-də universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.
Bizimdovr.az-a daxil olan məlumata görə keçmiş rektora yaxın olan və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlıya, onun barəsində məlumatlı olduğunu bildirərək xüsusi tapşırıqlar verib və “özünü yığışdırması” barədə xəbərdarlıq edib. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Nəbi Ramazanlının BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla çox yaxın münasibətləri və biznes ortaqlığı var. O, BDU-da çalışdığı illər ərzində bir yerli kimi rektorun inamını qazandığından, hazırda demək olar ki, A.Məhərrəmovun bütün biznes şəbəkəsinə, xüsusən də tikinti və təchizat işlərinə rəhbərlik edir. Deyilənə görə A.Məhərrəmovun dəstəyi sayəsində N.Ramazanlı özü üçün də geniş biznes imkanları yaradıb və BDU-dan müxtəlif maxinasiyalarla əldə etdiyi milyonlarla manat vəsaitlə özünə Bakı şəhərində və bölgələrdə çoxlu evlər, villalar, obyektlər almışdır. İndi Firudin Qurbanovun rəhbərliyi altında heç bir maxinasiyaya qol qoya bilməyən prorektor “sudan quru çıxmağın” yollarını axtarır və könüllü olaraq istefaya getməklə, özünü gələcək təhlükələrdən sığortalamağa çalışır. Eyni zamanda yaxın ətrafına deyir ki, yaxın günlərdə Abel Məhərrəmov vəzifəyə gedəcək və öz köhnə komandasını da başına toplayacaq. Redaksiyamıza yeni daxil olan məlumatları tam dəqiqləşdirdikdən sonra bu barədə daha geniş açıqlama verəcəyik.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri