DataLife Engine > Çap üçün versiya > Ən təhlükəli smartfonların reytinqi açıqlandı
DataLife Engine Azerbaijan Support > Manşet > Ən təhlükəli smartfonların reytinqi açıqlandı

Ən təhlükəli smartfonların reytinqi açıqlandı


9-01-2019, 16:56. Yerləşdirdi: admin
ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsinə xüsusi önəm verilib.
“Google Pixel 3 XL” ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.
“Google” şirkətinin istehsalı olan “Pixel 3” smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin “One Plus”, “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları yerləşiblər.

Geri