DataLife Engine > Çap üçün versiya > Nazirliklər bu maşınları satışa çıxardı - Ucuz
DataLife Engine Azerbaijan Support > İqtisadiyyat > Nazirliklər bu maşınları satışa çıxardı - Ucuz

Nazirliklər bu maşınları satışa çıxardı - Ucuz


8-11-2018, 13:03. Yerləşdirdi: admin
Xarici İşlər Nazirliyi balansında olan qəzalı vəziyyətdəki avtomobili hərraca çıxarıb.
Nazirliyin hərraca təqdim etdiyi qəzalı vəziyyətdəki “BMV 730 Li” markalı avtomobilin ilkin start qiyməti 5000 manat müəyyən edilib.
Lakin hazırda bazarda “BMV 730 Li” markalı avtomobilin ikinci əl satış qiyməti 15-20 min manatdan başlayır.
Sözügedən hərrac 4 dekabr tarixində baş tutacaq.
Bundan başqa, hərracda Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Musiqili Teatrının “Mersedes Benz”, Dövlət Statistika Komitəsinin Lənkəran Şəhər Statistika İdarəsinin VAZ-21043, Milli Məclisin “Nissan Maksima” markalı avtomobilləri də satılacaq.

Geri