DataLife Engine > Çap üçün versiya > Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR
DataLife Engine Azerbaijan Support > Sosial > Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR

Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR


8-11-2018, 12:56. Yerləşdirdi: admin
Nazirlər Kabineti quş əti və onun subməhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsumu dərəcələrini daha bir il müddətinə uzadıb.
Beləliklə, güzəştlər 2019-cu il dekabr ayının ortalarınadək qüvvədə saxlayıb.

“2017-ci ilin noyabr ayında Nazirlər Kabineti Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 dollar (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına 100 dollar məbləğində gömrük güzəşti tətbiq edib.

Rüsum dərəcələri 1 noyabr 2018-ci il tarixinədək qüvvədə olub. Hökumətin yeni qərarı ilə onların müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb”, - deyə hökumətdən qeyd ediblər.

Bu qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.

Geri