DataLife Engine > Çap üçün versiya > Bu gün "Qarabağ" oynayır
DataLife Engine Azerbaijan Support > İdman > Bu gün "Qarabağ" oynayır

Bu gün "Qarabağ" oynayır


8-11-2018, 11:55. Yerləşdirdi: admin
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibə 0:1 hesabı ilə uduzan "Qarabağ" Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Geri