DataLife Engine > Çap üçün versiya > Ölkənin ən bahalı şousu – “Maşın” yenidən başlayır
DataLife Engine Azerbaijan Support > Mədəniyyət > Ölkənin ən bahalı şousu – “Maşın” yenidən başlayır

Ölkənin ən bahalı şousu – “Maşın” yenidən başlayır


7-11-2018, 15:02. Yerləşdirdi: admin
Azərbaycanın ən reytinqli şousu – "Maşın” ekranlara qayıdır. "Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq.

18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.
"M Group Production”ın Mətbuat Xidmətindən verilən məlumata görə, artıq "Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da...

Geri